Məscidlərdə sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq
Mütəmadi şəkildə din xadimlərinə xüsusi olaraq tapşırılıb ki, əgər bir məsciddə işləyən ruhani sünni-şiə söhbəti ortaya atsa, heç vaxt onları öz sıralarımızda görməyəcəyik.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda keçirilən iclasda deyib.
QMİ sədrinin müavini bildirib ki, bu məsələdə dövlət də onlara dəstək olur.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
“Dövlət istər məscidlərin inşası, istərsə də bərpası işində daim öz dəstəyini göstərir. Bu gün də xaricdə dini təhsil alan vətəndaşlarımız var. Əgər bünövrə sağlam qorunsa, nəticəsi də yaxşı olar. Biz bu gün dövlət-din münasibətlərində sağlam vəhdəti qoruya bilsək, sağlam əqidəmiz olar. QMİ hər zaman məzhəblərin vəhdətlərinə xüsusi önəm verir”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?