"Mən gələcəkdən gəlmiş adamam..." - Nuhun qəribə proqnozları – VİDEO
“2028-ci ildə insanlar Mars planetində koloniyalar yaratmağa başlayacaqlar. Zamanda səyahət, yəni gələcəkdən keçmişə keçidlər adi işə çevriləcək. Bitkoin valyuta qismində daha da populyarlaşacaq. Donald Tramp isə ikinci dəfə ABŞ prezidenti seçiləcək. Süni intellekt isə Yerdə hakimiyyəti ələ keçirəcək”.
Bütün bunları “Noah”, yəni Nuh adlı gənc söyləyib. Milli.az Daily Mail-ə istinadən bildirir ki, Apex TV-nin hazırladığı və YouTube-də paylaşdığı videonun qəhrəmanı belə deyir. Səsi dəyişdirilən, üzü gizlədilən gənc “gələcəkdən gəlmiş insan” olduğunu söyləyir.
Onun sözlərinə görə, 2030-cu ildə ABŞ-da İlana Remike adlı şəxs prezident seçiləcək.
“Nuh”un proqnozlarından bəzilərini təqdim edirik: “Qlobal iqlim dəyişiklikləri və istiləşmə nəticəsində Şimali Amerikada havanın orta temperaturu artacaq, Avropada isə, əksinə azalacaq. Elektromobillər dizel mühərrikli avtomobillərdən də sürətlə hərəkət edəcəklər”.
“Nuh” daha sonra bildirib ki, onun, əslində, 50 yaşı var. Anoreksiyaya tutulduğu üçün 25 yaşlı gənc təsiri bağışlayır. Onun dedikləri şübhə doğurduğundan “Nuh” yalan detektorunda yoxlanıb.
Detektorun göstəricilərinə görə, “Nuh” yalan danışmayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır