Əməliyyat etdiyi xəstə ölən cərraha cinayət işi açıldı

Füzuli rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Azad Hüseynzadə ilə bağlı cinayət işi başlanılıb.
“Minval.info” xəbər verir ki, həkim səhlənkarlıq edərək əməliyyat etdiyi xəstənin ölümünə səbəb olmaqda ittiham olunur.
Cərrah Azad Hüseynzadə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. Məlumata görə, Azad Hüseynzadənin Füzuli Rayon Mərkəzi Xəstəxanasında əməliyyat etdiyi İncibəyim Məmmədquliyeva vəfat edib.
A.Hüseynzadə isə bildirib ki, onun bu hadisədə heç bir təqsiri yoxdur: “Mən normal cərrahi əməliyyat aparmışam. Xəstə əməliyyatdan sonra evə göndərilib. 20 gün sonra başqa klinikada cərrahi əməliyyat olunub. Onun ölümü ilə bağlı mənim heç bir günahım yoxdur”.
Məlumata görə, A. Hüseynzadə Vətən Müharibəsində ön cəbhədə xeyli sayda hərbiçinin müalicəsində iştirak edib.
Qeyd edək ki, İ.Məmmədquliyeva daha sonra Bakıda özəl klinikaların birində əməliyyat olunub. Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur