Lotu Quli Ukrayna polisini təşvişə salıb
Ukrayna Milli Polisi yerli kriminal dairələrdə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahat olub.
Minval.İnfo Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna polisinin rəis müavini Vyaçeslav Abroskin açıqlama verib.
“Zəmanə dəyişir. İndi “qanuni oğru”lar fahişəlik, narkotik və silah ticarəti, oğurluq, qanunsuz miqrasiya və s. ilə deyil, həm də tikinti biznesi, əmlak məsələləri, dövlət satınalmaları ilə də maraqlanır”. Abroskin Lotu Qulini müasir qanqster adlandırıb.
“Azad olunduqdan sonra Nadir Səlifov Ukraynaya da öz təsirini yayır. Meyvə-tərəvəz anbarlarında çalışan erməni və ukraynalı şəxslər oğurlanıb. O, MDB məkanındakı göyərti bazarını ələ almaq istəyir. Bu, xırdalıq kimi görünsə də, söhbət böyük pullardan gedir”. Abroskin “Lotu Quli”nin Ukraynaya ayaq açmaması üçün çalışacaqlarını deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı