Lezbiyan qadınlar cinsi əlaqə zamanı tutuldu və şallaqlandı - FOTO
Malaziyada lezbiyanlara cinsi münasibətə görə şiddətli cəza
Malaziyalı iki qadın maşında intim əlaqəyə giriblər. Şəriət məhkəməsində verilən hökmdən sonra onlara şallaq cəzası tətbiq olunub. Minval.info xəbər verir ki, 22 ve 32 yaşlarındakı müsəlman qadınlar, Terenggnagu əyalətindəki şəriət məhkəməsində mühakimə olunub.
Rəsmilərin verdiyi məlumata görə, bu ilk həmcins əlaqəsi aktı və fiziki cəza olub. İnsan haqları aktivistləri bu hadisəyə şiddətli etirazlarını bildiriblər.
Homoseksuallıq şəriət hüquq sistemlərində və digər sekulyar dövlətlərdə qanunsuzdur. Yerli xəbər agentliyi “The Star”, fiziki cəzanın 100 dən çox adama tətbiq olunduğunu qeyd edib.
Malaziya qadın haqları təşkilatı tərəfindən hadisə haqqında “Reuters” xəbər agentliyinə “Bu, insan haqlarının dəhşətli şəkildə pozulmasıdır” deyilib. Terengganu icraedici bölgə konsulu Bahri Mamat bu cəzalandırmanı dəstəklydib, fiziki cəzanın işgəncə vermək və ya yaralamaq məqsədi ilə yox, cəmiyətə dərs olması üçün edildiyini vurğulayıb.
Qadınların hər ikisinə şəriət qanunlarını pozduğuna görə, fiziki cəza ilə birgə 800 dollar pul cəzası da tətbiq olunub.
Malaziya əhalinin böyük hissəsi müsəlman olduğuna rəğmən tolerant bir ölkə kimi tanınıb. Lakin son zamanlarda fərqli hadisələrlə qarşılaşılıb. Keçən ayın əvvəllərində rəsmilər LGBT aktisivtlərinin portretlərini yığışdırılması ilə bağlı əmr verib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
