Leysan yağışları ölkəni bürüyüb: Hava proqnozu
Azərbaycanın müxtəlif bölgələrində qeyri-sabit və yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakteri daşıyır. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqustun 31-i saat 10:00-a olan vəziyyətə əsasən, Qusarda 8 mm, Balakən və Qobustanda 5 mm, Şahbuzda 4 mm, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik və Şamaxıda 3 mm, İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında isə 2 mm yağıntı qeydə alınıb. Digər bölgələrdə, o cümlədən Naxçıvan, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Qax, Zaqatala, Şəki, Quba, Xaçmaz, Xınalıq, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astara, Zəngilan, Kəlbəcər, Füzuli və Ağdamda isə 1 mm-dək yağıntı müşahidə olunub.
Minval.info xəbər verir ki, sentyabrın 1-də də ölkə ərazisində yağışlı hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026