17.06.2022 - 12:21
CANLI 23 baxış

Lavrovdan şok açıqlama: “Rusiyanı diz çökdürün!” – Natiq Cəfərli ilə “Canlı debat”

Moskva Londonla münasibətlərdə heç bir manevr meydanı görmür. Bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib. “Həm Boris Conson, həm də XİN rəhbəri Elizabet Trass açıq şəkildə bəyan edirlər ki, Rusiyaya qalib gəlməlidirlər, Rusiyanı diz çökdürməlidirlər. Yaxşı, gəlin, diz çökdürün”, – Lavrov BBC-yə müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, Britaniya hakimiyyəti yenə öz xalqının maraqlarını yalnız seçkiləri düşünən siyasətçilərin ambisiyasına qurban verir.
Bu və gündəmdəki bir çox sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://youtu.be/DyaqgDtdPcU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: