21.08.2026 - 23:08
Dünya 24 baxış

Latviyada məktəblilərə PUA idarəetməsi tədris olunur

Latviyada yuxarı sinif şagirdlərinə Pilotsuz Uçuş Aparatlarının (PUA) idarəetmə prinsipləri və NATO standartlarının öyrədilməsi məqsədilə xüsusi yay sessiyaları təşkil edilib. Bu təşəbbüs Latviya Gənclərin Müdafiə Mərkəzi tərəfindən həyata keçirilir.

Minval.info xəbər verir ki, sessiyalar “yüksək tələbatla əlaqədar” olaraq təşkil olunub. Xüsusilə, 11-ci sessiya 11-20 avqust tarixlərində Kuldiq diyarında keçirilib və burada 27 uşaq milli müdafiə proqramı üzrə təlim keçib. Avqustun 31-dək daha bir sessiyanın keçirilməsi planlaşdırılır.

Təlimlər zamanı şagirdlər aeronavtika və meteorologiyanın əsaslarını, hava məkanının təsnifatını, eləcə də Litva və NATO normativ sənədləri ilə tanış olublar. Bundan əlavə, “NATO fonetik əlifbası” da öyrədilib ki, bu da radioəlaqə zamanı asanlıqla başa düşülən standart kod sözləri sistemidir.

Düşərgələr dövlət orta məktəblərinin yuxarı sinif şagirdləri və ya texniki məktəblərin ilk üç kursları üçün nəzərdə tutulub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: