Əl-Bağdadi üzə çıxdı, 5 ildən sonra ilk dəfə videosu yayıldı
“İslam Dövləti” (İŞİD) terror təşkilatının kütləvi informasiya vasitəsi hesab olunan “Al-Furqan Media” qruplaşmanın lideri Əbubəkr Əl-Bağdadinin göründüyü video paylaşıb. Virtualaz.org xəbər verir ki, bu barədə internetdə cihadçıların xəbərlərini izləyən “SITE Intelligence Group” özünün “Twitter” hesabında bildirib.

“SITE Intelligence Group”un direktoru Rita Kats iddia edir ki, bu, 2014-cü ilin iyul ayından sonra Əl-Bağdadinin üzə çıxdığı ilk kadrlardır. O vaxt qruplaşmanın lideri İraqın Mosul şəhərindəki çıxışında İŞİD-i ümumdünya xəlifəti elan etmişdi.

Kats onu da bildirir ki, yeni videoda Əl-Bağdadi sakit şəraitdə üzləri görünməyən adamlarla “xaçpərəstlərə” qarşı müharibə və Suriyanın Deyr-əz-Zor vilayətinin Baquz şəhərində hərbi əməliyyatlar barədə söhbət edir. Xatırladaq ki, ABŞ hələ martın sonunda bu şəhərin İŞİD-dən azad edildiyini bəyan etmişdi. Qeyd olunur ki, bununla da İŞİD söhbətin bu günlərdə yazıldığına işarə edir.

Bundan əlavə, kadrlarda görünür ki, Əl-Bağdadinin saqqalı artıq kürəndir. Bununla da, İraqda dərc olunan “Al-Araby al-Jadeed” qəzetinin İŞİD liderinin imicini dəyişdirməsi barədə yaydığı xəbər öz təsdiqini tapır.
Son illər ərzində Əl-Bağdadinin öldürülməsi barədə dəfələrlə xəbərlər yayılıb. Lakin bu xəbərlər sonradan heç vaxt təsdiqlənməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gərginlik pik nöqtəsinə çatdı: ABŞ Rusiyaya görə Türkiyəni "vurdu"
İran parlamentində "ABŞ-a ölüm" şüarı - bayraq və nüvə sazişi yandırıldı
Bolqarıstanda sərnişin avtobusu qəzaya uğrayıb, 46 nəfər yanaraq ölüb
Putin rus anaları daima susdura bilməz – “Bloomberg”
Qayınanasının başını yardı - VİDEO
Netanyahu:
Türkiyədə ard-arda zəlzələlər oldu