Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı
Türkiyənin məşhur seriallarından biri olan “Kurtlar Vadisi”nin çəkiliş məkanlarından biri yenidən diqqət mərkəzinə gəlib. İstanbulun Beykoz rayonunda yerləşən və serialda Tombalacı Mehmetin malikanəsi kimi tanınan lüks villa satışa çıxarılıb.
Minval.info xəbər verir ki, bu malikanənin satış qiyməti 384 milyon Türkiyə lirəsi (13 478 400 manat) olaraq müəyyən edilib. Mülk, “Kurtlar Vadisi” serialında Haldun Boysanın canlandırdığı Tombalacı Mehmet obrazının evi kimi tanınmışdı və serialın bəzi yaddaqalan səhnələri burada çəkilib.
Villanın ekran tarixçəsi bununla bitmir. Eyni məkan daha sonra “Poyraz Karayel” serialında da istifadə olunub və bu dəfə Musa Uzunların canlandırdığı Bahri Baba obrazının evi kimi təqdim edilib. İki məşhur serialda fərqli obrazların malikanəsi kimi tanınan bu villa, illər sonra yenidən gündəmə gəlib. Bu dəfə isə səbəb serial deyil, mülkün 384 milyon lirəlik satış qiymətidir.
Məlumata görə, geniş əraziyə malik mülkdə 40 avtomobillik dayanacaq, açıq hovuz, sauna, türk hamamı, fitnes sahəsi və basketbol meydançası da mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır