25.08.2026 - 18:54
Səhiyyə 33 baxış

Küçə itləri Şəkidə 60 yaşlı kişiyə hücum etdi

Şəkidə 60 yaşlı bir şəxs işə gedərkən küçə itlərinin hücumuna məruz qalıb. Hadisə avqustun 6-da şəhər mərkəzində baş verib. 1967-ci il təvəllüdlü Yusif Ağammədzadənin burnunun bir hissəsi itlərin hücumu nəticəsində zədələnib.

Minval.info xəbər verir ki, hazırda ambulator müalicə alan Yusif Ağammədzadə nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Ailə üzvləri, əməliyyatın gecikdirilməsi halında zədələnmiş nahiyədə çürümə yaranma ehtimalının olduğunu qeyd ediblər.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, pasiyentə burunun uc hissəsinin və sağ burun qanadının yumşaq toxuma və qığırdaq defekti diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilib, yara cərrahi işlənib və quduzluq əleyhinə vaksinasiya aparılıb. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicəyə buraxılıb.

TƏBİB-dən bildirilib ki, total burun rekonstruksiyası və digər rekonstruktiv əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: