Böyük Britaniya kraliçası II Yelizaveta Avropa Birliyi ilə hər hansı yeni saziş olmadan “Brexit”i (ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutur- red.) qadağan edən qanun layihəsini təsdiqləyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qanun layihəsi Baş Nazir Boris Consonun planları ilə ziddiyyət təşkil edir. Belə ki, Conson hər hansı saziş və razılaşma olmadan ölkənin AB-dən çıxmasını oktyabrın 31-dək yekunlaşdırmaq niyyətində idi.
Kraliçanın imzaladığı sənədə əsasən isə, oktyabrın 19-da Böyük Britaniya və AB arasında hər hansı yeni saziş imzalanmayacaqsa, Baş Nazir “Brexit”in gerçəkləşməsi vaxtını 31 oktyabrdan 2020-ci ilin 31 yanvarınadək təxrə salınması üçün Belçikadan möhlət istəməlidir.
Kraliçanın imzaladığı sənəd hökumətin etirazına baxmayaraq, parlament tərəfindən təsdiq olunub.


































