04.12.2019 - 13:46
CANLI 21 baxış

Konstitusiya Məhkəməsi parlamentin buraxılmasına müsbət rəy verdi - CANLI

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

“Minval.info”nun məlumatına görə, iclasda Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində sorğusuna baxılıb.

İclasda sorğuya müsbət rəy verilib.

Xatırladaq ki, noyabrın 28-də Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlamışdı.

Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: