Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!
Rusiyanın ən qədim və məşhur nəşrlərindən biri olan “Komsomolskaya Pravda” qəzeti “Milli Media Qrupu” media holdinqi tərəfindən satın alınıb. Bu holdinqə tanınmış şəxsiyyət Alina Kabayeva rəhbərlik edir.
Minval.info xəbər verir ki, bu barədə məlumatı holdinqin strukturuna daxil olan “İzvestiya” nəşri yayıb. “Milli Media Qrupu”nun tərkibində “İzvestiya”, “Sport-Ekspress” və “Delovoy Peterburq” kimi digər nüfuzlu nəşrlər də fəaliyyət göstərir.
“İzvestiya”nın məlumatına görə, bu birləşmə tərəflərin qarşılıqlı mövqelərini gücləndirəcək və jurnalistika sahəsində ən yaxşı təcrübələrin və istehsal standartlarının bölüşülməsinə imkan yaradacaq. Sövdələşmə “Milli Media Qrupu”nun informasiya və əyləncə kontenti bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır