Kiyevə milyardlıq dəstək: Avropa ittifaqından rekord hərbi yardım
2026-cı ilin iyun ayında Ukrayna, beynəlxalq tərəfdaşlarından 7,2 milyard avro dəyərində hərbi dəstək əldə edib. Bu məbləğ, ABŞ-ın maliyyələşdirməni dayandırmasından sonra qeydə alınan ən yüksək rəqəmdir.
Minval.info xəbər verir ki, Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına əsasən, iyun ayında ayrılan bu yardım, 2024-cü ilin aprelindən bəri ən yüksək göstəricidir. Həmin dövrdə Ukrayna 9,04 milyard avro məbləğində hərbi dəstək almışdı. İndiki dəstək, Rusiyanın tammiqyaslı müdaxiləsindən bəri aylıq hərbi yardımın həcminə görə üçüncü ən yüksək nəticədir.
Bu artımın əsas səbəbi Avropa İttifaqının yeni maliyyələşdirməsidir. May və iyun aylarında Avropa təsisatları, Ukraynaya dəstək məqsədilə Aİ krediti çərçivəsində 4,3 milyard avro məbləğində hərbi yardım ayırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır