Kazanda silahlı şagird müəllimi və sinif yoldaşlarını əsir götürdü - VİDEO
Kazanda silah və pnevmatik tapanca ilə silahlanan 17 yaşlı yeniyetmə müəllimini və sinif yoldaşlarını əsir götürüb.“Ölkə.Az” xəbər verir ki, 17 yaşlı silahlı yeniyetmə 1 saatdan sonra polisə təslim olub.
İnsident Adoratski küçəsindəki gimnaziyada, üçüncü dərs zamanı baş verib. 17 yaşlı məktəbli dərsə bir az gecikib. Otağa daxil olanda isə öz yerinə yox, müəllimin masasına əyləşərək silahlarını çıxarıb. Bu vaxt sinifdə müəllim və 12 şagird olub.
Şagirdlərdən biri messencer vasitəsilə baş verənləri anasına bildirib. Ana isə polisə məlumat verib. 1 saat sonra isə o, təslim olub. İnsident nəticəsində xəsarət alan olmayıb. Müəllimin isə ürəyi tutub və onu xəstəxanaya aparıblar.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
17 yaşlı yeniyetmənin bu cinayətinin motivləri bilinmir. Gimnaziyada dərslər təxirə salınıb, hadisə yerində müstəntiqlər işləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək