23.11.2021 - 11:22
CƏMİYYƏT
29 baxış
Karantini pozduğuna görə həbs edilən şəxslərin sayı açıqlandı

“İndiyədək karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhülkə yaratma faktlarına görə 1 186 cinayət işi üzrə 605 nəfər məsuliyyətə cəlb olunub”.
Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, ötən ilin mart ayından bu günə qədər həmin cinayət işləri üzrə məhkəmələr tərəfindən 45 nəfər barəsində həbs, 58 nəfər barəsində polisin nəzarəti altına vermə, qalan 502 nəfər barəsində digər qətimkan tədbirləri seçilib.
Elşad Hacıyev bildirib ki, xüsusi karantin rejimi dövründə toy şənliklərinin keçirilməsi qaydalarına uyğun olaraq, müvafiq dövlət qurumları ilə birgə monitorinqlərin keçirillməsi diqqətdə saxlanılır. Bu dövr ərzində – iyulun 1-dən polisin digər qurumlarla 8 794 monitorinq keçirilib.
O qeyd edib ki, şənlik mənasimlərinin təşkli və keçirilməsi qaydalarının pozulmasına görə 35 cinayət işi başlanıb, 41 nəfər inzibati həbs olunub, 3 299 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
11.10.2026 - 16:54
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
11.10.2026 - 11:54
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
07.10.2026 - 15:33
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
06.10.2026 - 12:22
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
05.10.2026 - 15:31
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur
05.10.2026 - 14:21
Kəlbəcərdə 33 ildən sonra pedaqoji fəaliyyətə qayıdan müəllim
05.10.2026 - 13:32