Kambocada heyvanların qanını içən şəxs saxlanıldı — FOTO

Kambocanın Kamponqtyam əyalətində polis bir nəfər şəxsi saxlayıb.
“Ölkə.Az” xəbər verir ki, saxlanılan şəxs 3 iti və digər heyvanları öldürüb. O, heyvanların boğazını kəsərək onların qanını içib.
24 yaşlı fermer Ran Riç ailəsi ilə birlikdə Rip kəndində yaşayıb. Şənbə günü axşam saatlarına spirtli içki qəbul edib. Bundan sonra isə özünü qeyri-adi güclü hiss edib və qan içmək arzusu baş qaldırıb.
Riçin valideynləri bu zaman səfərdə olublar. Bu səbəbdən o, həyətdəki üç itə hücum edib, onların qanını içib və öldürüb. Bundan sonra da qan içmək istəyən Riç toyuğun və pişiyin də qanını içib. Sonra isə yatmağa gedib. Səhər evə gələn valideynləri dəhşətli mənzərə ilə qarşılaşıblar. Hər tərəf qan içində olub, otaqda heyvan cəsədləri döşəmədə olub. Valideynlər polisə xəbər veriblər və gənc həbs edilib.
Riçin anası kömək üçün polisdən başqa yerli rahiblərə də müraciət edib. Onun fikrinə görə oğlunun bədəninə şər qüvvələr girib. Hazirda Ran rahiblərin yanındadır və onu təmizləmək üçün dini ayin keçiriləcək.
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır