Kadırov: “Üç xəbərdarlıqdan sonra təxribatçının alnından vurun”
Çeçenistanın rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarının əməkdaşlarına iğtişaşlara təhrik edənləri dərhal saxlamağı əmr edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kadırov cinayətkarın üç xəbərdarlıq atəşinə reaksiya vermədiyi halda onu alnından güllələməyi tapşırıb.
Bazar günü Dağıstanda yerli sakinlər Tel-Əvivdən təyyarə gələndən sonra Mahaçqala hava limanının uçuş-enmə zolağına daxil olub və kütləvi iğtişaşlar başlayıb. Polisin son məlumatlarına görə, 83 nəfər saxlanılıb.
Çeçenistan rəhbəri Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının nümayəndələri ilə görüşündə deyib: “Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin”.
“Yaxud havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun”, – Kadırov deyib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Burun əməliyyatı sonrası boşanma qərarı aldı
ABŞ zərbələri: İran altı hərbçisini itirdi
Yaşlılar uşaqları ötüb: Dünya demoqrafik dönüşdədir
İstanbulda İŞİD əməliyyatı: Terrorçu zərərsizləşdirildi
Kroger 60 mağazasını bağlayır: 104 illik tarix sona çatır
Türkiyədə sürücüyə zarafatla qab yuma cəzası
Rus zabitə motosikletli sui-qəsd cəhdi