Kadırov: Azərbaycanla dialoq aparmaqla Putin düzgün hərəkət edir

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov yaxın vaxtlarda ABŞ-ın Rusiyaya qarşı “sanksiyalarını ləğv edəcəyi ümidləri ilə özünə təskinlik verməməyə” çağırış edib.
Oxu.Az xəbər verir ki, Kadırov bu barədə şəxsi Telegram-kanalında yazıb.
O bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin xarici siyasətini “yalnız düzgün” hesab edir.
Kadırovun sözlərinə görə, Putin ABŞ-ın diktat siyasətini qəbul etməyənlərlə ittifaq axtarır:
“Bir sıra ölkələr – Çin, Türkiyə, Braziliya, CAR, Qazaxıstan, Hindistan, Azərbaycan, İran və digərləri ilə ikitərəfli və çoxtərəfli dialoq aparan Rusiya prezidenti Vladimir Putinin xarici siyasət addımlarını yalnız düzgün hesab edirəm. Vladimir Vladimiroviç anti-amerika ittifaqları yaratmağa can atmasa da, diktat siyasətini qəbul etməyənlərlə ittifaq axtarışındadır”, – deyə, o, Telegramda yazıb.
Belə siyasət öz nəticələrini gətirir ki, bunu Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İranın Xəzərin hüquqi statusu haqqında konvensiya imzaladığı Xəzər sammitinin yekunları da göstərir, Kadırov qeyd edib.
“Türkiyə rəhbərliyi artıq ciddi şəkildə milli valyutalarda qarşılıqlı hesablaşmalardan danışır. Vladimir Putin artıq neçənci ildir ki, tərəfdaşlarını buna səsləyir”, – deyə, o, əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır