Kəskin debat! Hacıbəy Heydərli ilə Mətləb Aslanovun mövqe savaşı! Mövzu: ölkə gündəmi
“Azərsu” ASC-in rəhbəri Qorxmaz Hüseynov vəzifəsindən azad edildi. Aylardır korrupsiya əməlləri ilə bağlı mətbuatın yazdığı, varidatını işıqlandırdığı məmur kreslosu ilə vidalaşdı. Gecikmiş ədalət… ədalət sayılırmı? Bundan sonra növbə kimdədir? Mətbuat məmurları ifşa etdikcə bu, işdən çıxarılma və ya həbslə nəticələnə bilərmi?
Ölkədə islahatların dərinləşməsinə mane olan qüvvələr kimlədir? Ölkədə hərtərəfli islahatlar müharibəyə baxmayaraq da dayanmadı, xüsusilə korrupsiyaya ilə mübarizə, məhkəmə islahatları və siyasi partiylarla əməkdaşlığın yeni mərhələsi davam etdi. Müharibədən sonra yaranmış yeni reallıqlar bu islahatların daha da dərinləşməsini zəruri edirdi. YAP-ın qurultayından sonra bu yeniləşmə hakim partiyanı da əhatə etdi, köhnə partnomenklatura ilə vidalaşdılar.
Antikorrupsiya əməliyyatları niyə ifşa videoları ilə müşayiət olunmur? Bütün korrupsionerləri cəzalandırmağın yolu nədən keçir? Cəmiyyət kiçik məmurların həbsilə kifayətlənmir, razı qalmır? Proses daha böyük məmurları əhatə etməyincə, o məmurların yığdıqları vəsait büdcəyə qaytarılmayınca cəmiyyət prosesdən narazı qalacaqmı?
Bu və gündəmdəki digər mövzuları Ağ Partiya sədrinin köməkçisi Mətləb Aslanovla azxeber.com saytının rəhbəri Hacıbəy Heydərli müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız iştirak edə bilər.
ƏLAQƏLİ
Ermənistanda PANİKA: Azərbaycan Ordusu yüksəklikləri götürdü, mühəndislik işlərinə başladı – CANLI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fənərbağça - Beşiktaş matçı - CANLI
TƏCİLİ: Türkiyədə seçkilər 1 il təxirə salınır?
