Kəlbəcərdə dolu yağışı: Alagöllər zərbə altında!
Avqustun 20-də günün ikinci yarısında bəzi bölgələrdə şimşək çaxıb və yağış yağıb. Bu barədə məlumat verən Milli Hidrometeorologiya Xidməti bildirir ki, bəzi yerlərdə leysan xarakterli intensiv yağıntılar qeydə alınıb.
Minval.info xəbər verir ki, yağıntının miqdarı Şahdağda 18 mm, Gədəbəydə 17 mm, Daşkəsəndə 15 mm, Qusarda 10 mm, İsmayıllıda 6 mm, Göygöldə 5 mm, Xınalıqda 4 mm, Ağdam və Qəbələdə 3 mm, Qaxda 2 mm, digər bölgələrdə isə 1 mm-ə qədər olub.
Avqustun 20-si saat 20:25-dən 20:33-dək Kəlbəcər rayonunun İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 mm olan dolu düşüb. Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 19 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran və Naftalanda isə 16 m/s sürətlə əsir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026