Kəlbəcər sakini: “Uzun illər sonra ilk dəfədir ki, həyat yoldaşımın məzarını ziyarət edirəm”

Bir qrup Kəlbəcər sakini 28 il sonra Kəlbəcər rayonuna səfər edib.
Səfəri zamanı şəhid Şahlar Şükürovun həyat yoldaşı Elnurə Əliyeva bildirib ki, uzun illər sonra ilk dəfədir ki, ailəmlə birgə Kəlbəcərə gəlib, həyat yoldaşımın məzarını ziyarət edirəm.
O qeyd edib ki, həyat yoldaşı Şahlar Şükürov əslən Kəlbəcər rayonundandır. İşi ilə əlaqədar polis şöbəsinin 10 nəfər əməkdaşı ilə bərabər Kəlbəcər sərhədində olan zaman ermənilərin qurduğu pusqunu zərərsizləşdirərkən şəhid olublar:
“Həyat yoldaşım ata yurdunda, Kəlbəcərdə dəfn edilib. 1993-cü ilə qədər mən də Kəlbəcərdə yaşamışam. Ermənilərin işğalından sonra buradan çıxmalı olduq”.
Kəlbəcərin hər daşının, hər qayasının bir səngər olduğunu bildirən rayon sakini deyib ki, əgər Kəlbəcərdə döyüş olsa idi itkilərimiz çox olacaqdı:
“Prezidentimizə təşəkkür edirik ki, bir güllə belə atılmadan Kəlbəcər azad edildi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur