07.12.2021 - 12:19
RƏSMİ
1 baxış
Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı (RƏSMİ)
“Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb”. Minval.info xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri general-mayor Elçin İbrahimov Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevlə söhbətində deyib:
– Dövlət Sərhəd Xidməti ilk dəqiqələrdən aşırı və izahı olmayan əsəbilik nümayiş etdirməyə başladı. Bu narahatlığın, hətta belə demək olarsa, çaşqınlığın kulminasiyası BakuTV-nin jurnalisti ilə bağlı olay oldu. O olsa-olsa məmurdan şərh almağa cəhd etmişdi. Bəlkə sadəcə bütün jurnalistləri dəvət edib, ictimaiyyətin narahatlığına səbəb olan bütün suallara səmimi cavab vermək lazım idi? Niyə Dövlət Sərhəd Xidməti hətta dəfn mərasiminin işıqlandırılmasına mane olmağa cəhd etdi? Bu fakt da həmkarlarımın qəzəbinə səbəb oldu…
– İcazənizlə sizinlə razılaşmayım. Qəza və dəfn günləri zamanı mətbuat xidmətimizin fəaliyyətini qiymətləndirərkən bütün yanaşı amilləri, baş vermiş hadisənin səbəblərini təcili aydınlaşdırmağın kifayət qədər mürəkkəb olduğunu və s.-i mütləq nəzərə almaq lazımdır. Qeyd etməyi özümə borc bilirəm ki, biz KİV-in bütün nümayəndələrinin fikrinə və mövqeyinə hörmətlə yanaşırıq və bu sizə yaxşı məlumdur. Ötən il Vətən müharibəsi zamanı, elə ondan sonra da jurnalistlərlə sıx əməkdaşlıq etmişik və edirik, onlara hər cür kömək göstəririk. Yaşıl sərhəddə, dənizdə, dövlət sərhədindən keçid məntəqələrində fəaliyyətimizin nəticələri, İranla sərhəd zastavalarının bərpası, Ermənistanla sərhəddə infrastrukturun düzəldilməsi barədə onlara operativ məlumat veririk. Bu məqsədlə bu il jurnalistlər üçün xüsusi mediaturlar təşkil etmişik.
O ki qaldı sizin sualınıza, gəlin sadəcə faktları nəzərdən keçirək. Helikopterin qəzaya uğraması barədə məlumat gələn kimi DSX rəhbərliyi general-polkovnik Elçin Quliyev başda olmaqla hadisə yerinə getdi. Yaralıların təxliyə olunması, hadisə yerinin qorunmasının təminatı, həlak olmuş zabitlərin cəsədlərinin tanınması, onların qohumlarına və yaxınlarına xəbər verilməsi, dəfn mərasiminin təşkili məsələsi ilə bağlı dərhal göstərişlər verildi.
Baş Prokurorluqla birgə baş vermiş hadisə haqqında ilkin məlumat verildi və həmin informasiya 12.11-də saytımıza yerləşdirildi.
DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev hadisə yerinə gələn KİV nümayəndələri ilə görüşdü və onlara ilkin məlumat verdi. Bundan bir neçə saat sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyev KİV nümayəndələri üçün brifinq keçirdi və jurnalistləri maraqlandıran bütün suallara cavab verdi.
Həlak olmuş zabitlərlə vida mərasiminə gəlmiş bütün KİV nümayəndələri iş üçün hər cür şəraitlə təmin olundu. Onlara həmçinin elan edildi ki, vida mərasimində DSX nümayəndələri tərəfindən hər hansı bir bəyanat və ya müsahibə verilməyəcək.
KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm. Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 9-cu sinifdə oxuyan qız 4 oğlanla cinsi əlaqədə oldu
06.04.2021 - 14:20
Avtomobillərdə baş verən yanğınların SƏBƏBİ
12.06.2023 - 12:50
Sabahın havası: Yağış, dolu, külək
25.09.2020 - 13:38
Qubanın yol polisinə yeni rəis təyin olundu
19.03.2021 - 13:19
Ərdoğan: “Qərbə etibar yoxdur”
13.06.2022 - 10:49
Azərbaycanda həbs edilən deputat və nazirlərin SİYAHISI
01.02.2019 - 12:08
Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir
22.11.2021 - 09:58