İyulda hava rekordları: 41 dərəcəlik istilər və 8 mm-lik dolu ilə yadda qaldı
Bu ilin iyul ayında Azərbaycanda qeydə alınan ən yüksək temperatur 41 dərəcə olub. Bakı və Abşeron yarımadasında isə iyulun 26-da temperatur 40 dərəcəyə yüksəlib.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu 27 gün ərzində iqlim normasından 0-6 dərəcə yüksək olub. Yalnız 2 gün ərzində temperatur norma daxilində, digər 2 gün isə normadan aşağı olub.
Orta aylıq temperatur 28 dərəcə təşkil edib ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir. İyulun 3 və 9-da Bakı və Abşeron yarımadasında minimal temperatur 20 dərəcə qeydə alınıb. Yüksək dağlıq ərazilərdə isə iyulun 2-də temperatur 4 dərəcə olub.
ƏLAQƏLİ
Bakının yollarında genişmiqyaslı dəyişiklik: Yay təmir işləri nə vəd edir?
Həmçinin, iyul ayında bəzi günlərdə hava şəraiti yağıntılı keçib, şimşək çaxıb və dolu düşüb. Ən çox yağıntı Balakən-Şəki zonasına düşüb, burada yağıntılar aylıq normanın 324 faizini təşkil edib. Mərkəzi Aran, Lənkəran-Astara və Bakı-Abşeron yarımadasında da yağıntılar normadan yüksək olub.
İyul ayında Laçın, Şuşa və Kəlbəcər rayonlarında dolu müşahidə edilib. Kəlbəcər rayonunun İstisu qəsəbəsində dolunun diametri 8-12 mm olub. Həmçinin, iyul ayında küləkli hava şəraiti ilə əlaqədar 10 xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s, bölgələrdə isə 23 m/s-ə çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının yollarında genişmiqyaslı dəyişiklik: Yay təmir işləri nə vəd edir?
Kartdan-karta köçürmələrdə qohumluq əlaqələrini necə sübut etmək olar?
Bakıdan bölgələrə səyahət: Yeni avtobus marşrutları üçün yarış başladı
Sentyabrda işçiləri sevindirəcək 8 istirahət günü gözlənilir