İsveçli gənclər Diasporla İş Üzrə Dövlət Komitəsində

Minval.İnfo xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev İsveçin “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər təşkilatının və Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı, Diaspor.az saytının informasiya dəstəyi ilə Skandinaviya ölkələrindən Azərbaycana gələn gənclərlə görüşüb.
Görüşdə Azərbaycanla bağlı fikir mübadiləsi aparılıb, gənclərin təəssüratları dinlənilib.
Qonaqlar səfərin böyük əhəmiyyət daşıdığını, Azərbaycan və İsveç gəncləri arasında daha sıx əlaqələr yaratmaq imkanı verdiyini qeyd ediblər.
Komitə sədrinin birinci müavini Valeh Hacıyev Qonaqlara Komitə Sədrinin salamını çatdırdıqdan sonra Azərbaycan diaspor hərəkatının genişlənməsi üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb, onların potensialını yüksək qiymətləndirib. Görüşdə Azərbaycan və İsveç gəncləri arasında yaradılacaq Lobbiçilik fəaliyyətinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.
Valeh Hacıyev Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən İsveçdə daha geniş yayılması imkanlarını qeyd edib. Səmimi qəbul üçün minnətdarlıq edən gənclər Azərbaycana növbəti arzusunda olduqlarını bildirdilər.
Qeyd edək ki, səfərin təşkilatçısı İsveçdə və Avropada tanınmış gənc fəal “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər təşkilatının sədri, həmyerlimiz Siyavuş Deraxti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev informasiya dəstəkçisi İsə Azərbaycan Türkiyə Evinin sədri Diaspor.az saytının rəhbəri Toğrul Allahverdilidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayda siyasi məhbuslar mövzusu qapanacaqmı?
Son illərdə SOCAR-da həyata keçirilən islahatlar açıqlanıb
Qarabağın Azərbaycanlı İcması bəyanat yaydı
Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
Azərbaycanda vətəndaşların küçəyə çıxışı məhdudlaşdırıldı - Yeni qaydalar
Babək prospektində biabırçılıq - VİDEO
Nazir onu işdən çıxardı