İsveçdə irqçi çıxışlar - Azərbaycanlılar üçün təhlükə
“İsveç Üçün Alternativ Partiyası” gələn həftə keçiriləcək olan seçkilərdə qalib gələcəkləri təqdirdə ən az 500 min miqrantı öz ölkəsinə göndərəcəklərini vəəd edib.
Minval.İnfo xəbər verir ki, İsveçdə irqçi partiya olaraq bilinən “İÜAP” ölkədə gələn həftə keçiriləcək olan referendum üçün Halmstad şəhərində mitinq keçirdib.
Polisin geniş təhlükəsizlik tədbirləri aldığı mitinqdə 150-yə yaxın demokrat “İsveçdə irqçilik istəmirik” sloqanları səsləndirib. Polis iki tərəf arasında dava çıxmasının qarşısını almaq üçün böyük səy göstərib. Bir qadın polisdən qurtularaq irqçilərin lideri Ceff Ohlun üzünə tüpürüb.
Mitinq davam edərkən irqçilər küçədə anons yayımlayıb. Anonsda ”Türkiyə, Əfqanıstan, İraq, Suriya, Ruminya, Somali, Özbəkistan, Mərakeşə gedəcək olan təyyarələr bir həftə sonra havaya qalxır. Sərnişinlər bir daha dönməmək şərtiylə təyyarələrə minsinlər” deyilib.
İsveç Demokratlar Partiyasında üç millət vəkilinin İskandinaviya Dirəniş Hərəkatına (NMS) bağlı neo-Nazi qrupu ilə əlaqələrinin ortaya çıxmasından sonra, bu millət vəkilləri partiyadan xaric olunub. Xaric olunan millət vəkilləri də hərəkətə keçərək keçən il “İÜAP”-ı qurub.
Qeyd edək ki, İsveçdə kifayət qədər azərbaycanlı miqrant yaşayır. İrqçi partiyanın qalibiyyəti reallaşarsa azərbaycanlıların da İsveçdən deportasiya oluna bilər.
Vüqar Mirzəbəy
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır