Türkiyənin İstanbul şəhərinin mərkəzində eyni istiqamətdə gedən metrobuslar toqquşub.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Qəza bu gün Bakı vaxtilə saat 10:00 radələrində Haliç körpüsündə baş verib.
Hadisə yerinə çox sayda təcili yardım maşınları və xilasedicilər cəlb olunub.


































