İstanbulda İŞİD əməliyyatı: Terrorçu zərərsizləşdirildi
İstanbulda terror aktı törətməyə hazırlaşdığı iddia edilən İŞİD üzvünə qarşı xüsusi əməliyyat həyata keçirilib. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik İdarəsinin birgə apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD terror təşkilatı ilə əlaqəli olduğu və Türkiyə ərazisində terror aktı hazırladığı müəyyən edilən 21 yaşlı Berkan Ç.-nin yeri müəyyənləşdirilib.
Minval.info xəbər verir ki, şübhəli şəxsin saxlanılması məqsədilə İstanbulun Sultanbəyli rayonunda əməliyyat keçirilib. Valiliyin açıqlamasına görə, əməliyyat zamanı Berkan Ç. təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərərək atəş açıb. Cavab atəşi nəticəsində o, zərərsizləşdirilib.
Atışma zamanı hadisə yerində olan bir mülki şəxs də yaralanıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır