İsrail yenə "Əl-Əqsa" məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı
Türkiyə İsrailin Əl-Əqsa məscidindəki addımını pislədi
Türkiyə İsrailin Əl-Əqsa məscidində həyata keçirdiyi son hərəkətlərə sərt reaksiya verib. Minval.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda hadisəni qətiyyətlə pisləyib.
Bəyanatda bildirilib ki, israilli nazirin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Əl-Əqsa məscidinə daxil olması qəbuledilməzdir. Rəsmi Ankara vurğulayıb ki, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunun dəyişdirilməsinə yönələn addımlar beynəlxalq hüquqa ziddir.
Türkiyə XİN beynəlxalq ictimaiyyəti bu cür təxribat xarakterli hərəkətlərin qarşısının alınması üçün məsuliyyətli davranmağa çağırıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran də sosial şəbəkədə paylaşım edərək İsrailin hərəkətlərini qınayıb.
O bildirib ki, Məscidül-Əqsanın müqəddəsliyini hədəf alan heç bir addımın qəbul edilməsi mümkün deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır