İsrail İranın Suriyadan kənar hədəflərini vurmağa hazırlaşır
“Hardan gəlirsə gəlsin, istənilən İran təhdidinə qarşılıq verəcəyik”.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Qüdsdə keçirilən konfransda bildirib.
“Biz özümüzü Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir. İranın Suriyadan kənardakı hədəflərinə hücum etməyə hazırlaşırıq”, – deyə müdafiə naziri qeyd edib.
Bununla belə, Aviqdor Liberman İranın hansı ölkələrdəki hədəflərini nəzərədə tutduğunu deməyib.
Qeyd edək ki, son zamanlar İsrail İranın Suriyadakı hədəflərinə qarı hücumlar həyata keçirib.
Onu da qeyd edək ki, bir müddət əvvəl aparıcı dünya KİV-lərində İranın İraqdakı müttəfiqlərinə 700 kilometr mənzilli ballistik raketlər göndərdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə iddia olunurdu ki, bu raketlər vasitəsilə Ər-Riyad və Təl-Əvivi vurmaq mümkün olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır