İsrail “Anadolu” agentliyinin binasını atəşə tutdu: Türkiyədən reaksiya – Video
İsrail ordusu Qəzzada “Anadolu Agentliyi”nin ofisinin yerləşdiyi binanı havadan atəşə tutub.
“Qafqazinfo” xəbər verir ki, agentlik işçilərinin vəziyyətlərinin yaxşı olduğu, hücum zamanı hər hansı insan tələfatı ilə bağlı dəqiq məlumat olmadığı bildirilir.
Qeyd edilir ki, İsrail ordusu Qəzzadan atılan raketləri əsas göstərərək ötən gündən başlayaraq bölgəyə hava hücumu təşkil edib. Hücum zamanı 1 uşaq, 1 hamilə olmaqla, 3 fələstinli ölmüş, azı 12 nəfər isə yaralanmışdı.
Fələstin hökuməti baş verənlərlə bağlı “AA ofisinin hədəf alınması, şahidlərin uzaqlaşdırılmasına cəhddir və İsrailin Qəzzaya yönələn qətliamlarına hazırlıqdır” açıqlamasını yayıb.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Prezident Rəcəb Tayyip Ərdoğan isə Anadolu Agentliyinin idarə heyətinin sədri Şenol Kazancıya zəng edib.
Türkiyə XİN-i açıqlamasında İsrail hücumuna qarşı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
https://www.youtube.com/watch?v=kpcePTvBXnc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
