İŞİD Şri-Lankanın şərqində partlayışlara görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror qruplaşması aprelin 26-sı Şri-Lankanın şərqində baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Trend-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Kalmunay şəhərində polislərlə toqquşmalarda 3 İŞİD üzvü iştirak edib, onlar daha sonra üzərlərində olan partlayıcını işə salıblar.
Terror qruplaşması bildirir ki, nəticədə 17 polis əməkdaşı həlak olub, lakin terror aktları ilə qruplaşmanın bağlılığını əks etdirən sübutlar göstərməyib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Xatırladaq ki, aprelin 26-sı Şri-Lankanın Kalmunay şəhərində 3 partlayış baş verib. Partlayışlardan son 20 nəfər şübhəli bilinən şəxs saxlanılıb.
Qeyd edək ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində 250-260 nəfər həlak olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək