İŞİD lideri necə öldürülüb?
Türkiyə Ordusi və Kürd terrorçuları Amerikaya dəstək verib
“Aljazeera” İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin ölümü ilə bağlı bəzi detalları açıqlayıb. Əməliyyat Suriyanın Türkiyə ilə sərhəddinin şimal-qərbdəki İdlib şəhəri yaxınlığındakı kiçik bir kənd olan Barişada həyata keçirilib.
Barişadan xəbər verən “Aljazeera” müxbiri Alaa Eddine Youssef bildirib ki, əməliyyat 8 ABŞ helikopteri tərəfindən təxminən 90 dəqiqə davam edib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Hadisə yerində çox sayda insan ölüb və onlarla yaralı var. Bazar günü kürdlərə bağlı Suriya Demokratik Qüvvələrinin (SDF) komandiri də hadisəyə münasibət bildirib. “Amerika Birləşmiş Ştatları ilə ortaq bir kəşfiyyat işi nəticəsində tarixi və uğurlu bir əməliyyata imza atdıq”, Mazloum Abdi Twitterdə belə yazıb.
Türkiyə Müdafiə Nazirliyi də əməliyyatın içində yer alıb. Hücumdan əvvəl Türkiyə və ABŞ hərbi rəhbərliyi arasında məlumat mübadiləsi olub və əməliyyat qarşılıqlı koordinasiya əsasında keçirilib. Türkiyə Müdafiə Nazirliyinin Twitterində bu barədə ingiliscə açıqlama yayılıb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək