İraq şəhərlərində internet əlaqəsi kəsildi – Bağdadda ən azı 4 ölü, 35 yaralı
Hökumət əleyhinə etirazların davam etdiyi İraqda paytaxt Bağdad ilə ölkənin orta və cənub hissəsində yerləşən şəhərlərində internet əlaqəsi kəsilib.
Avropa.info xəbər verir ki, təhlükəsizlik qüvvələri Bağdadda Yaşıl zonaya yaxın olan Əhrar körpüsünü də beton baryerlərlə bağlayıblar. Digər iki körpü – Respublika və Sinek körpüləri etirazlar üzündən bir neçə gündür bağlıdır.
Dünən Kərbəlada İran konsulluğunun qarşısında baş verən zorakılıq hadisələrindən sonra etirazçılar paytaxt Bağdadda prezident aparatı və dövlət televiziyasının binasına yürüş etmək istəyiblər. İraqlı təhlükəsizlik qüvvələri döyüş mərmisindən istifadə edərək, atəş açıb.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
İraq Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 4 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaralılar arasında bir polisin olduğu da bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək