İraq səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb
İraq səfiri Racih Sabır Ubud əl-Musəvi İranın Xarici İşlər Nazirliyinə çağrılıb.
“Report” “Haber 7”yə istinadən xəbər verir ki, buna səbəb İranın Bəsrə şəhərindəki Baş Konsulluğun binasının nümayişçilərin hücumuna məruz qalaraq yandırılmasıdır.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin yaydığı yazılı açıqlamada İraq səfirinə bütün lazımi xəbərdarlığın edildiyi qeyd olunub.
Bildirilib ki, İraqın hüquq-mühafizə orqanları İranın Bəsrədəki Baş Konsulluğunun binasında təhlükəsizlik tədbirlərini təmin edirlər: “İran Xarici İşlər Nazirliyi Bəsrə polisinin belə bir həssas məsələyə laqeyd yanaşmasına görə narazılığını ifadə edib. İraq hökuməti diplomatik korpusların və onların əməkdaşlarının təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”.
İraq səfirindən İranın narazılığını öz ölkəsinin rəhbərliyinə çatdırması və hadisəni törədən şəxslərin tezliklə həbs olunması istənilib.
Qeyd edək ki, sentyabrın 7-də yüzlərlə nümayişçi İranın Bəsrədəki Baş Konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirib. Onlar diplomatik korpusa hücum edərək binaya od vurublar. Bundan sonra İran Xarici İşlər Nazirliyi hadisəni pisləyib. Eyni zamanda İraqla sərhəddə yerləşən Şelamçe buraxılış məntəqəsini bağlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır