İranın hürmüz boğazı üçün ABŞ-yə irəli sürdüyü şərtlər: Münasibətlərdə dönüş nöqtəsi?
İran, Hürmüz boğazının yenidən açılması üçün ABŞ-dən siyasətində dəyişikliklər etməsini tələb edib. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqiri Zülqədr bu barədə yazılı açıqlama verib.
Minval.info xəbər verir ki, Zülqədrin sözlərinə görə, boğazın açılması ABŞ-ın İrana qarşı münasibətini dəyişməsi ilə əlaqədardır. “ABŞ öz davranışlarını dəyişmədikcə, Hürmüz boğazı açılmayacaq”, – deyə o bildirib.
İran rəsmisi, ABŞ-dən İranın dondurulmuş aktivlərinin qeyd-şərtsiz azad edilməsini, dəniz blokadasının sona çatdırılmasını, dəniz və hava qüvvələrinin İran ətrafından çıxarılmasını, sanksiyaların ləğvini və son iki müharibəyə görə təzminat ödənilməsini tələb edib.
Bununla yanaşı, İran rəsmisi ABŞ-ın Livan, Fələstin, Yəmən və İraqdakı İran müttəfiqlərinə qarşı apardığı müharibələrə son qoymasını, İranı təhdid etməməsini və “İran xalqının müqəddəslərinə hörmətsizlik etməməsini” də şərt kimi irəli sürüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da Demokratlar Temsilciler Məclisində üstünlük əldə etdi
Yeni Zelandiyada seçkilər: Həyat xərcləri kampaniyanın mərkəzindədir
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənlərə mükafat təklif edir
Zelenski: Trampın 'böyük razılaşması' təhlükəli ola bilər
Səudiyyə Ərəbistanında raket həyəcanı: Arap Koalisyonu hücumu dəf etdi
Gəza zolağında yağışlar dağıntılara səbəb oldu: iki yaralı