İranda xərçəng xəstəliyinə tutulanların heyrət doğuran statistikası açıqlandı
İranda hər il xərçəng xəstəliyinin müalicəsi üçün birbaşa və ya dolayısı ilə 900 milyon ABŞ dolları vəsait xərclənilir.
Bizimyol.info xəbər verir ki, bunu İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.

O bildirib ki, xərçəngə tutulanlardan 53 faizi kişi, 47 faizi isə qadınlardır.
İ.Hərirçi əlavə edib ki, İranda hər il 110 min nəfər xərçəng xəstəliyinə tutulur. (apa)
Xəstəlik barədə məlumat: Xərçəng xəstəliyi — hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalması. Gün ərzində insan bədənində (DNT-də) təxminən 10000 mutasiya olmasına baxmayaraq immun sistemi hər millisaniyə bədəni təmizləyir və xərçəngli hüceyrələri yox edir. Xərçəng meydana gəldiyi, yəni, mənşə aldığı toxumaya uyğun olaraq adlandırılır.
Xərçəng hüceyrənin qarşısı alınmaz şəkildə böyüməsi ilə xarakterizə edilən xəstəliklər sinifidir. 100 müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi yaxud şiş yaratdıqda, xərçəng yaranır. Şişlər (tümörlər) həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir. Onların fəaliyyətinə müdaxilə edir və bədən fəaliyyətini dəyişdirən hormonlar ifraz edir. Bir nöqtədə dayanan və məhdud şəkildə böyüyən şişlər adətən xoşxassəli hesab edilirlər. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsilə bədənin digər nahiyələrinə gedə bilirlər. Getdikləri nahiylərdə şiş koloniyaları meydana gətirir və böyüməyə davam edirlər. Şiş sağlam toxumaları məhv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdikdə, bu metastaz (şaxələnmiş) xərçəng adlanır. Bu prosesin özü isə metastaz adlanır və müalicəsi çox çətin olan kəskin vəziyyət ilə nəticələnir. (wikipedia.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
