İranda helikopter qəzası baş verib, ölənlər var
Minval.info // İranın qərbindəki Çaharmahal və Bəxtiyari ostanı ərazisində xilasetmə helikopteri qəzaya uğrayıb, 5 nəfər ölüb.
“Report” İran dövlət televiziyasına istinadən xəbər verir ki, qəza hamilə qadına yardım göstərmək üçün uçuşa başladıqdan bir neçə dəqiqə sonra baş verib. Behşəhr qubernatoru Xaleğ Səyadi İSNA xəbər agentliyinə qəzanın xəstənin Əmir Kabir neft platformasından daşındığı zaman baş verdiyini bildirib.
Təcili tibbi yardım xidmətinin rəhbəri Pirhüseyn Kulivənd ölənlərdən 3-nün pilot, 2 nəfərin isə xilasetmə işçisi olduğunu deyib.
İSNA xəbər agentliyinin məlumatına görə, qəza Şəhr-e Kord şəhəri yaxınlığında, yerdən qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub