10.08.2026 - 21:16
Dünya 234 baxış

İranda hərbi elitada kütləvi təyinatlar: Müctəba Xameneidən generalsıra fərmanlar

İranın Silahlı Qüvvələrində və İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) komanda heyətində mühüm kadr dəyişiklikləri və yeni təyinatlar gerçəkləşdirilib. Sərəncamlar Müctəba Xamenei tərəfindən imzalanıb.

Minval.info xəbər verir ki, imzalanan fərmana əsasən, SEPAH generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi postuna gətirilib. Briqada generalı Keyumers Heydəri isə onun müavini təyin olunub.

Eyni zamanda, martın 1-dən bu vəzifəni müvəqqəti icra edən Əhməd Vahidiyə general-mayor rütbəsi verilməklə o, rəsmi olaraq SEPAH-ın baş komandanı təyin edilib. Mustafa İzədi onun müavini postuna gətirilib.

Digər mühüm təyinatlarla Əli Əzmai SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, Hüseyn Taib isə “Bəsic” mülki-hərbiləşdirilmiş təşkilatının rəhbəri vəzifəsinə təsdiqlənib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: