İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq
Son iki gün ərzində İranda aksiyaçıların polislə toqquşması nəticəsində 25-dək insan ölüb, 40 nəfər isə saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanların əksəriyyəti Yəzd şəhərindəndir.
İran hökuməti isə etirazçılara qarşı tədbirləri sərtləşdirib. Ölkədə gözlənilmədən benzinin satışı məhdudlaşdırılıb. Bundan başqa, hakimiyyət aksiyaçılara güc tətbiq edəcəyini bildirib. “Nümayişlər bu şəkildə davam edərsə, asayişi qorumaq üçün lazımi addımları atmaq məcburiyyətində qalacağıq”, – deyə hökumətin bəyanatında deyilir.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
“Mehr” agentliyinin məlumatına görə, Tehran, Kirmanşah, Hürrəmabad, Ahvaz, Şiraz, Yəzd, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Bəhbəhan, Kaimşəhr, Kazrun, İslamşəhr və Şəhriyan şəhərlərində etirazlar kütləvi xarakter daşıyır. Məktəblərdə dərslər dayandırılıb.
İran parlamenti benzinin qiymətinin etirazlara səbəb olan 50%-lik artımını müzakirə etmək üçün sabah növbədənkənar iclas keçirəcək. Prezident Həsən Ruhaninin də parlamentə gedəcəyi deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək