İranda 66 nəfərin öldüyü təyyarə qəzasının səbəbi açıqlandı
İranda baş vermiş təyyarə qəzasının səbəbi müəyyənləşib.
Minval.İnfo Yenicag.az-a istinadən xəbər verir ki, yerli mətbuat “Aseman Airlines” şirkətinə istinadən təyyarənin Dena dağına çırpıldığını açıqlayıb.
Qeyd edək ki, həmin ərazidə əlverişsiz hava şəraiti hökm sürür. Bu üzdən xilasedicilərin olduğu vertolyotun təyyarənin qəzaya uğradığı ərazidə eniş edə bilmədiyi bildirilir.
Xatırladaq ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan “Aseman Airlines” aviaşirkətinə məxsus “ART-72” tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra yerə düşüb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza zamanı sağ qalan olmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türk ordusu PKK başçısını belə vurdu - VİDEO
Rusiyada növbəti təyyarə qəzası: Ölən var
Rusiyada son sutkada daha 19 536 nəfər COVID-19-a yoluxub
Rusiyada virusdan ölənlərin sayı 190 mini keçdi
Ermənistanda polislə etirazçılar arasında əlbəyaxa dava düşüb
İstanbul hava limanında uçuşlar təxirə salınıb