İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində 5.6 böyüklüyündə zəlzələ olub. Zəlzələ ilə bağlı seysmoloji mərkəzlər məlumat verib.

Minval.İnfo xəbər verir ki, Tehran Universitetinin seysmoloji mərkəzi zəlzələnin yerli saatla 10:53-də meydana gəldiyini deyib. Zəlzələ Sistan və Bəlucistan əyalətinin Bəzman bölgəsinə bağlı Məscid-I Həzrəti Əbufəzl kəndinə yaxın ərazidə yerin 10 metr dərinliyindən başlanıb.

Zəlzələ ilə bağlı itki və maddi ziyanın olub olmadığı ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, bölgə əhalisinin bir hissəsini Azərbaycan türkləri təşkil edir.

Emil

Minval.info