05.03.2019 - 12:24
İranın xarici işlər naziri istefa verib
Region 1 baxış

İran xarici işlər nazirinin istefa səbəbi bilindi

İranın xarici işlər naziri istefa veribMinval.info // İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi nazir Məhəmməd Cavad Zərifin istefa səbəbini açıqlayıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Bəhram Qasiminin dediyinə görə, xarici işlər nazirinin istefasına səbəb onun Bəşər Əsədin səfərindən xəbərinin olmaması idi.

ISNA xəbər agentliyi yazır ki, Suriya prezidenti Bəşər Əsədin fevral ayının 25-də İrana səfəri barədə Məhəmməd Cavad Zərifə məlumat verilməyib və görüş bitənə qədər də bu, belə davam edib.

“Zərifin istefasının başqa səbəbi yoxdur. Əsas səbəb ona bu səfər barədə məlumat verilməməsidir”, – Bəhram Qasimi söyləyib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: