15.11.2026 - 14:44
İran: Nüvə məsələsi ilə bağlı detallar üzrə heç bir müzakirəmiz olmayıb
Dünya 353 baxış

İran: Nüvə məsələsi ilə bağlı detallar üzrə heç bir müzakirəmiz olmayıb

Mündəricat

Yaxın Şərqdə hərbi və diplomatik gərginlik yüksəlməyə davam edir. Publika.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai, mətbuat konfransında çıxış edərək Tehranın qonşu ölkələrə endirdiyi zərbələri BMT Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırıb.

Bəqai bildirib ki, İranın hücumları sırf müdafiə xarakteri daşıyır və yalnız İrana zərbə endirmək üçün istifadə olunan ABŞ hərbi bazalarını hədəf alır. O, Körfəz ölkələrini ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə və öz ərazilərindəki bazalardan raket, PUA və təyyarələrin buraxılmasına şərait yaratmaqda ittiham edib.

Sözçü əlavə edib ki, Tehranın bu iddialarla bağlı əlində sübutlar var və məsələ diplomatik kanallarla ciddi şəkildə izləniləcək.

Nüvə məsələsi

Nüvə məsələsinə də toxunan İran XİN rəsmisi, Vaşinqtonla uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ilə bağlı heç bir müzakirənin aparılmadığını qəti şəkildə bəyan edib. “Xeyr, biz indi ümumiyyətlə o mərhələdə deyilik. Bu müddət ərzində nüvə məsələsi ilə bağlı detallar üzrə heç bir müzakirəmiz olmayıb”, – deyə o vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: