27.09.2026 - 16:37
İran Hörmüz boğazında ABŞ-a məxsus ikinci sualtı qurğunu ələ keçirdi
Hərbi xəbər 2 baxış

İran Hörmüz boğazında ABŞ-a məxsus ikinci sualtı qurğunu ələ keçirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ ordusuna aid ikinci sualtı pilotsuz qurğunun ələ keçirildiyini elan edib. Bu məlumat “Tasnim” agentliyi tərəfindən yayımlanıb.

Minval.info xəbər verir ki, SEPAH HDQ-nin məlumatına görə, İran hərbçiləri radioelektron mübarizə vasitələrindən istifadə edərək casusluq məqsədilə fəaliyyət göstərən sualtı pilotsuz qurğunu ələ keçiriblər.

SEPAH tərəfindən verilən açıqlamada, qurğunun “Remus 600” tipli olduğu və məlumatlarının bərpası üçün mütəxəssislərə təhvil verildiyi bildirilib.

Xatırladaq ki, bu, İranın sentyabrın əvvəlində də Hörmüz boğazında ABŞ-a məxsus bir başqa sualtı qurğunu ələ keçirdiyini açıqladığı ikinci hadisədir. ABŞ tərəfi isə həmin qurğunun texniki nasazlıq səbəbindən itirildiyini bildirmişdi.

“Reuters” agentliyi isə İranın iddialarını müstəqil şəkildə təsdiqləməyin mümkün olmadığını qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: