
“Instagram” istifadəçiləri sosial şəbəkənin işində nasazlıqlardan şikayətlənirlər.
Minva.info-nun məlumatına görə, bu barədə Downdetector portalı xəbər verib.
İstifadəçilərin yarıdan çoxunda (58%) tətbiqlə bağlı problemlər olub. Digərləri saytın işində və paylaşımların endirməsində problemlərdən şikayətlənir.
Şərhlərdə istifadəçilər “hekayə” (“stories”) göndərə bilmədiklərini yazırlar.


































