İnsanlar arasında yayılmış qeyri-adi psixoloji sindromlar

Truman sindromu

Televizya və kameranın həyatımıza girməsindən sonra meydana gəlmiş Truman sindromu insanlarda görülən qəribə əlamətləri ilə seçilir. Bu sindromun müşahidə edildiyi insanlar daim onları izləyən bir kameranın olduğunu, şəxsi həyatlarının film şəklində yayımlandığını iddia edirlər.

Paris sindromu

Xüsusilə yaponlar arasında geniş yayılan Paris sindromu eyniadlı şəhərə qonaq gələn insanların xəyal etdikləri şeyləri görməməsi nəticəsində meydana gəlir. Bu sindrom müvəqqəti olsa da, nə vaxtsa bir daha Parisə yolu düşən sindrom yaşamış insanda yenidən meydana gəlir. Yaponlar arasında geniş yayılmasının səbəbi isə Yaponiya mediasında Parisin olduqca möhtəşəm və qüsursuz bir şəhər olduğu imicinin formalaşmasıdır.

Stokholm sindromu

Təcavüz, fiziki zorakılıq kimi hallarda zərərçəkəndə aqressora qarşı meydana gələn simpatiya zamanı yaranan Stokholm sindromu olduqca qeyri-adi psixoloji xəstəliklərdən biridir. Hadisə zamanı zərərçəkən şəxsin keçirdiyi şok səbəbindən meydana gələn sindrom hətta bəzən sevgiyə də çevrilə bilir. Bu sindrom meydana gələndə zərərçəkən aqressorun əməllərinə bəraət qazandırır və onun günahkar olmadığını iddia edir.

Anti-eqo müxalifliyi sindromu

Həyatının böyük bir hissəsini incəsənətə həsr etmiş insanlarda meydana gələn Anti-eqo müxalifliyi sindromu qeyri-adi təzahürləri ilə seçilir. Daha çox parlaq kariyera qura bilməyən incəsənət nümayəndələrində müşahidə edilən sindrom zamanı xəstələr hazırladıqları sənət əsərlərini gözlədikləri dəyəri görməməsi səbəbindən məhv edir.

Cotard sindromu

Bu sindromdan əziyyət çəkən insanlar özlərinin ölü olduqlarına, çürüdüklərinə, bədənlərində qan olmadığına inanırlar. Bu cür insanlar bir müddət sonra intihar etmək barədə düşünür, yaşamağın mənasız olduğunu iddia edirlər. Bu sindromun sağalması uzun vaxt tələb etsə də, müsbət nəticələri olduqca çoxdur.

Xarici əl sindromu

Xarici əl sindromu olan insanlar əllərinin özlərinin olmadığına və əllərin özlərini idarə etdiklərinə inanırlar. Bu sindromdan əziyyət çəkən insanların iki beyin yarımkürəsi arasında əlaqə yaradan “corpus callosum”-u xəsarət görmüş olur. Bu zaman əllərin hissiyatsızlığı və passivliyi meydana gəlir.

Nazim Hacıyev

Minval.info