05.10.2026 - 10:49
İMZA İctimai Birliyi növbəti iclasını keçirdi
CƏMİYYƏT 4 baxış

İMZA İctimai Birliyi növbəti iclasını keçirdi

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası baş tutub. İdarə Heyətinin sədri Xəyyam Əsgərov iclası açaraq təşkilatın fəaliyyət istiqamətləri və gələcək prioritetlər haqqında məlumat verib.

Minval.info xəbər verir ki, Xəyyam Əsgərov çıxışında ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, insan kapitalının inkişafı və innovasiyaların tətbiqi məsələlərinə toxunub. O, bu istiqamətlərin ictimai sektorun fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda təşkilatın sosial şəbəkələrdəki fəaliyyəti də müzakirə edilib. Təşkilatın müxtəlif platformalarda 15 milyondan çox izləyiciyə sahib olduğu bildirilib ki, bu da layihələrin geniş kütləyə çatmasına imkan yaradır.

Gələcək fəaliyyətlə bağlı sosial layihələrin həyata keçirilməsi, təhsil və insan kapitalının inkişafı, gənclərin fəallığının artırılması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

İclasda həmçinin rəqəmsal texnologiyaların və süni intellektin inkişafının sosial layihələrdə tətbiqi imkanları da müzakirə mövzusu olub. Beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyətin genişləndirilməsi və Azərbaycanın əldə etdiyi təcrübələrin beynəlxalq platformalarda təqdim olunması məsələlərinə də toxunulub.

İclasın sonunda bir sıra sosial layihələrin həyata keçirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində qərarlar qəbul edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: