İmran xanın azadlığı ordunun üzərindəki kölgələri aradan qaldıra bilərmi?
Pakistanın keçmiş baş naziri İmran Xan, azadlığa buraxıldığı halda hərbçilərlə və ya ordu lideri feldmarşal Asim Münirlə qarşıdurmaya girməyəcəyini bildirib.
Minval.info xəbər verir ki, bu açıqlama Pakistan Ali Məhkəməsinin İmran Xanın müalicə üçün xəstəxanaya köçürülməsi qərarından sonra verilib. Bu, “Ədalət Uğrunda Hərəkat” (PTI) Partiyasının mövqeyində mümkün dəyişikliklərin göstəricisi ola bilər.
İmran Xanın tərəfdarları uzun müddətdir Asim Müniri tənqid edərək, onu keçmiş baş nazirin 2023-cü ildə həbsində iştirak etməkdə ittiham edirlər. Lakin PTI-nin mətbuat katibi Zülfüqar Buxari, partiyanın hərbçilərlə barışmağa hazır olduğunu açıqlayıb. Bu, Pakistanın son illərdəki ən ciddi siyasi qarşıdurmalarından birini yumşalda bilər. Ancaq İmran Xanın bu mövqeyi dəstəkləyib-dəstəkləmədiyi hələlik məlum deyil.
Buxari, “Əgər İmran Xan azadlığa buraxılsaydı, ölkəyə zərər verəcək heç bir addım atmazdı” deyərək, Xanı alicənab bir siyasətçi kimi xarakterizə edib.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub və 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq votumu ilə vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il həbs cəzasına məhkum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dollar sabit, avro və rubl bahalaşır!
Kocaelidə çimərlikdə üç ailə üzvü ölü tapıldı
Neft qiymətləri müharibə fonunda yüksəlir
Çinin İran neftinə çıxışı blokadaya düşdü
Qızılın qiyməti rekord həddə çatdı!
Goranboyda qayınata gəlinin evinə hücum etdi